Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Heydər Əliyev ideyaları ilə yetişən nəsil

0

  • Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da
    Azərbaycan Respublikasının Naxçıvan şəhərində
    anadan olub.
    1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu
    bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun
    memarlıq fakultəsinə daxil olub, lakin İkinci dünya
    müharibəsinin başlanması ona təhsilini başa
    çatmağa imkan verməyib.
    Heydər Əliyev 1941-1944-cü illərdə əvvəlcə
    Naxçıvan Muxtar Respublikası Xalq Daxili İşlər
    Komissarlığında arxiv şöbəsinin məxfi hissəsinin
    müdiri, sonra isə Naxçıvan MSSR Xalq Komissarları
    Sovetində ümumi şöbənin müdiri vəzifələrində
    işləyib.
    1949-1950-ci illərdə SSRİ Dövlət Təhlükəsizliyi
    Komitəsinin Leninqraddakı Rəhbər Kadrların
    Hazırlığı Məktəbində təhsil aldıqdan sonra 1950-ci
    ildə Azərbaycan SSRİ Dövlət Təhlükəsizliyi
    Komitəsində bölmə rəisi təyin edilib.
    1957-ci ildə Azərbaycan Dövlət Universitetinin
    tarix fakultəsinin qiyabi şöbəsini bitirib. Azərbaycan təhsilinin milli tariximizdə yüksəlişi
    Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci
    dövrünə təsadüf edir.
    Ölkəmizə rəhbərliyinin birinci dövründə
    ümummilli lider Heydər Əliyevin təhsilimizə böyük
    qayğının nəticəsi olaraq Azərbaycanda çoxlu sayda
    məktəb binası tikilərək istifadəyə verilib. Ölkədə
    təhsil ocaqlarının maddi-tezniki bazası
    möhkəmləndirilib, lazımi avadanlıqla təchiz
    olunub. Ulu Öndər daim gənclərin hərtərəfli
    inkişafına böyük önəm verirdi.
    İstedadlı gənclərin təhsilə marağını daha da
    artırmaq və dəstəkləmək üçün Heydər Əliyevin ali
    məkrəblərə qəbul imtahanlarından ən yüksək bal
    toplamış abituriyentlərlə şəxsən görüşüb, onlara
    “Prezident təqaüdü”nün verilməsi barədə qərarı
    dahi şəxsiyyətin təhsilə diqqətinin daha bir
    nümunəsidir.
    Ulu öndərimiz ölkənin və xalqın taleyində, hərtərfli
    tərəqqisində, uğurlar qazanmasında təhsilin xüsusi
    rolunu, əhəmiyyətini həmişə nəzərə alaraq yüksək
    dəyərləndirib.
    Ümummilli lider Heydər Əliyev hər bir inkişafın
    elm və təhsildən asılı olduğunu qeyd edirdi.
    Ümummilli liderin uzaqgörənliklə söylədiyi
    konseptual fikirlər ölkəmizdə təhsil islahatlarının
    əsas istiqamətlərinin müəyyənləşdirilməsində öz
    töhfəsini verir.
    Ulu Öndərin fəaliyyətində təhsil siyasəti, təhsil
    quruculuğu daim önəmli mövqe tutmuşdur.
    Heydər Əliyev öz xalqını zamanın mürəkkəb
    tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl
    mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş
    qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və
    yeni minilliyə məhz Heydər Əliyev zəkasının
    işığında qədəm qoymuşdur
    Yüksəliş yolunda inamla irəliləyən müasir
    Azərbaycan Heydər Əliyevin həyat amalının
    təntənəsidir. Bütün bunlara görə xalqımız
    ümummilli lider Heydər Əliyevin əziz xatirəsini
    daim uca tutur, ona Allahdan rəhmət diləyir. Aynur Bünyatova,Xocalı rayon sakini
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    Kateqoriyaİqtisadiyyat
    Yerləşdirdi
    Yerləşdirildi1 il öncə
    İzlənib43 dəfə
    Heydər Əliyev ideyaları ilə yetişən nəsil

    Maraqlı gələ bilər
    85
    45